...

Tailandda təyyarə qəzaya uğradı

Dünya xəbərləri Materials 11 İyul 2019 16:19 (UTC +04:00)
Tailand Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi ölkənin şimalında qəzaya uğrayıb
Tailandda təyyarə qəzaya uğradı

Bakı. Trend:

Tailand Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi ölkənin şimalında qəzaya uğrayıb.

Trend-in məlumatına görə, təlim uçuşu zamanı təyyarənin mühərriki dayanıb.

Hadisə nəticəsində pilotlardan biri həlak olub, digəri isə ağır xəsarətlər alıb.

Təyyarə boş əraziyə düşdüyü üçün digər fəsadlar qeydə alınmayıb. Faktla bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti