Bakı. Rufiz Hafizoğlu - Trend:
S-400 zenit-raket komplekslərinin komponentlərinin Rusiyadan Türkiyəyə çatdırılmasının birinci mərhələsi başlayıb.
Trend-in məlumatına görə, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.
Nazir bildirib ki, kompleksin hissələri Ankaraya çatdırılacaq.
Qeyd edək ki, bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərin yerləşdiriləcəyi mövqelərin müəyyən ediləcəyini demişdi. Bildirmişdi ki, komplekslər Türkiyəyə ləngimədən çatdırılacaq.