...

"Taliban" tərəfdarları Əfqanıstanda generalı qətlə yetiriblər

Dünya xəbərləri Materials 18 İyul 2019 01:28 (UTC +04:00)
Əfqanıstan Milli Ordusunun generalı "Taliban" radikal hərəkatının tərəfdarları olan əsgərlər tərəfindən qətlə yetirilib
"Taliban" tərəfdarları Əfqanıstanda generalı qətlə yetiriblər

Bakı. Trend:

Əfqanıstan Milli Ordusunun generalı "Taliban" radikal hərəkatının tərəfdarları olan əsgərlər tərəfindən qətlə yetirilib.

Trend-in "TOLONews" telekanalına istinadən verdiyi məlumata görə, öldürülən general Əbdül Mubin Müctəba Qazni əyalətində yerləşən ordu dəstəsinə komandanlıq edib.

Bildirilir ki, general Qazni və Kandaqar əyalətləri arasındakı avtomobil yolunda qətlə yetirilib.

Məlumata əsasən, hücumda iki əsgər iştirak edib. Onlardan biri öldürülüb, biri isə yaralıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti