...

İranda turistləri daşıyan "pikap" aşdı - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 20 İyul 2019 10:18 (UTC +04:00)
İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Nişapur rayonunun Xərv şəhərində turistləri aparan "pikap" avtomobili aşıb.
İranda turistləri daşıyan "pikap" aşdı - Ölən və yaralananlar var

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Nişapur rayonunun Xərv şəhərində turistləri aparan "pikap" avtomobili aşıb.

Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasanı vilayətinin Nişapur rayonunun Fövqəladə hallar və təcili yardım mərkəzinin direktoru Qasım Müşar Müvəhhid deyib.

Q.Müvəhhidin sözlərinə görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 24 nəfər yaralanıb.

Müvəhhid əlavə edib ki, hadisə yerinə 5 ədəd təcili yardım maşını ezam olunub.

Qeyd edək ki, Nişapur rayonunun 450 min nəfər əhalisi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti