...

Koçaryanı azadlığa buraxan hakim vəzifə saxtakarlığında ittiham olunub

Dünya xəbərləri Materials 31 İyul 2019 00:06 (UTC +04:00)
Ermənistan Xüsusi İstintaq Xidməti hakim David Qriqoryan barədə vəzifə saxtakarlığı ilə bağlı ittiham irəli sürüb
Koçaryanı azadlığa buraxan hakim vəzifə saxtakarlığında ittiham olunub

Bakı. Trend:

Ermənistan Xüsusi İstintaq Xidməti hakim David Qriqoryan barədə vəzifə saxtakarlığı ilə bağlı ittiham irəli sürüb.

Trend-in məlumatına görə, D.Qriqoryan öncə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azad edilməsi barədə qərar verib.

Baş Prokurorluq Ali Məhkəmə Şurasının Cinayət Məcəlləsinin “saxtakarlıq” maddəsində nəzərdə tutulmuş əməli törətməkdə olan şübhələri əsaslı hesab edərək hakimin cinayət təqibinə razılıq verdiyini bildirib.

Bu maddə üzrə maksimum sanksiya dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürüb, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığına əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti