Bakı. Trend:
Əfqanıstanın şimal-şərqində yerləşən Hindukuş bölgəsində 5.5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin ocağı Fayzabad şəhərindən 84 kilometr cənub-şərqdə və Türkmənistanın İşkaşım şəhərindən 30 kilometr qərbdə yerləşib. Yeraltı təkanlarının episentri 212 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.