...

Türkiyədə fabrikdə yanğın baş verib

Dünya xəbərləri Materials 5 Avqust 2019 06:40 (UTC +04:00)
Türkiyənin Dənizli vilayətində bərk tullantıların utilizasiyası müəssisəsində yanğın baş verib
Türkiyədə fabrikdə yanğın baş verib

Bakı. Trend:

Türkiyənin Dənizli vilayətində bərk tullantıların utilizasiyası müəssisəsində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə Pamukkale rayonunda baş verib.

Zavodun anbarında yanğın zamanı ara-sıra partlayışlar baş verirmiş. Yanğının söndürülməsi üçün 42 nəqliyyat vasitəsi və 87 işçi cəlb olunub.

Üç saatlıq işdən sonra yanğın nəzarət altına götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti