...

Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

Dünya xəbərləri Materials 23 Avqust 2019 21:37 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar avqustun 27-də Moskvada keçiriləcək
Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar avqustun 27-də Moskvada keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

D.Peskov deyib: "Danışıqlar Moskvada keçiriləcək".

Qeyd edək ki, bu gün iki dövlət başçısı arasında telefon danışığı keçirilib.

Həmin danışıq zamanı prezidentlər Suriyada İdlib de-eskalasiya zonasından yaranan terror təhlükəsinin aradan qaldırılması üçün səylərin artırılması barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti