...

"Twitter"in işində problemlər yaranıb

Dünya xəbərləri Materials 1 Sentyabr 2019 01:12 (UTC +04:00)
Bir sıra ölkələrdən olan istifadəçilər "Twitter" qısa mesaj xidmətində nasazlıqdan şikayətlənirlər
"Twitter"in işində problemlər yaranıb

Bakı. Trend:

Bir sıra ölkələrdən olan istifadəçilər "Twitter" qısa mesaj xidmətində nasazlıqdan şikayətlənirlər.

Trend-in məlumatına görə, bu barədə "Downdetector" saytında xəbər verilib.

Məlumata əsasən, xidmətdəki texniki nasazlıqlar əsasən Yaponiya, ABŞ, Böyük Britaniya, İspaniya, Fransa və digər ölkələrdə müşahidə olunur. Rusiya sakinləri də problemlərlə üzləşiblər - ən çox şikayət Moskvadan gəlib.

Əksər şikayətlər veb-saytdakı problemlərlə bağlı olub (45%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti