...

Tramp: ABŞ İranda hakimiyyət dəyişikliyini istəmir

Dünya xəbərləri Materials 12 Sentyabr 2019 06:28 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İranda hakimiyyət dəyişikliyini istəmədiyini və Tehranla razılaşma imzalayacağını gözlədiyini söyləyıb.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti jurnalistlərə Ağ evin Oval kabinetində deyib.

D.Tramp bildirib: "Rejim dəyişikliyini axtarmırıq. Bir razılıq əldə edə biləcəyimizi düşünürük, amma bunu da etmədiyimiz təqdirdə pis olmayacağını düşünürük".

Qeyd edək ki, öncə ABŞ dövlət katibi Mayk Pompeo Tramp İran rəhbərliyi ilə ilkin şərtlər olmadan ünsiyyət qurmağa hazır olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti