Bakı. Trend:
ABŞ dövlət katibi Maykl Pompeo dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisi kimi təyin olunmayacaq.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ prezidenti Donald Trump jurnalistlərə açıqlama verib.
Amerika lideri dövlət katibi ilə bu vəzifəyə təyin olunması ideyasını müzakirə etdiyini söylədi. Trump-a görə, Pompeo "orada başqa birinin olmasını" istəyib.
Prezident bildirib ki, namizədlərin ümümi sayı 15 nəfərdir.