Bakı. Trend:
Hindistanın mərkəzi Madxya-Pradeş ştatında keçirilən festivalda dini ayinin icrası zamanı faciə baş verib.
Trend-in məlumatına görə, ayin çayda icra olunarkən qayıq aşıb və 11 nəfər suya qərq olub. Məlumata görə, onlardan yalnız 5 nəfəri xilas edilib.
Xilasedicilər suda batanların meyitlərini axtarır.
Qeyd edək ki, ölkə üçün mühüm olan bu festival 10 gün davam edir və Qaneş tanrısına həsr olunub.