Bakı. Trend:
ABŞ-ın Vaşinqton ştatının Siettl şəhərində baş verən atışma nəticəsində ən azı bir nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "CNN" telekompaniyası bildirib.
Məlumata əsasən, sentyabrın 13-dən 14-ə keçən gecə naməlum şəxs metro stansiyada insanlara atəş açıb. Hadisə nəticəsində ən azı üç nəfər yaralanıb, biri xəstəxanada ölüb.
Polis şübhəli bilinən şəxsin axtarışını aparır, istintaq başlayıb.