...

Tailandda sel nəticəsində 32 nəfər ölüb

Dünya xəbərləri Materials 15 Sentyabr 2019 15:20 (UTC +04:00)
Tailandın şimal-şərqindəki dörd əyalətdə mövsümi leysan yağışları nəticəsində yaranan şiddətli daşqınlar davam edir
Tailandda sel nəticəsində 32 nəfər ölüb

Bakı. Trend:

Tailandın şimal-şərqindəki dörd əyalətdə mövsümi leysan yağışları nəticəsində yaranan şiddətli daşqınlar davam edir.

Trend-in məlumatına görə, avqustun 29-dan bəri davam edən fəlakət nəticəsində 418 min ailə zərər görüb, 32 nəfərin həyatına isə son qoyulub. Daşqınlar səbəbindən Roy Et, Sisaket, Ubon Ratchathani və Yasotxon əyalətlərinin 24,2 mindən çox sakini təxliyə edilib.

Qeyd edək ki, yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, yaxın vaxtlarda yağışlar dayandıralacağı halda, bu insanlar 4-5 gündən sonra evə qayıda biləcəklər.

Bildirilir ki, ən çox zərərçəkən Ubon Ratchathani əyaləti sayılır, çünki su axını qonşu vilayətlərdən məhz oraya yönəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti