...

Əlcəzairdə prezident seçkilərinin keçiriləcəyi tarix bəlli oldu

Dünya xəbərləri Materials 16 Sentyabr 2019 01:25 (UTC +04:00)
Əlcəzairdə prezident seçkiləri dekabrın 12-si keçiriləcək
Əlcəzairdə prezident seçkilərinin keçiriləcəyi tarix bəlli oldu

Bakı. Trend:

Əlcəzairdə prezident seçkiləri dekabrın 12-si keçiriləcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Əlcəzairin müvəqqəti prezidenti Əbdülqadir Binsaleh dövlət televiziyasının efirində deyib.

Ə. Binsaleh bildirib: "Prezident seçkiləri cümə axşamına, 2019-cu il 12 dekabr tarixinə təyin edilir, bu isə konstitusiyanın müddəlarına uyğundur".

Müvəqqəti prezident əlavə edib ki, qarşıdan gələn seçkilər öz əhəmiyyətinə görə ölkədə etimadın təmin edilməsi üçün misilsiz fürsət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti