...

Qızın çəkdiyi selfi şəkili həyatını xilas etdi

Maraqlı Materials 18 Sentyabr 2019 06:07 (UTC +04:00)
İrlandiyada 28 yaşlı bir qız çəkdiyi selfi sayəsində ölümdən dönüb.
Qızın çəkdiyi selfi şəkili həyatını xilas etdi

Bakı. Trend:

İrlandiyada 28 yaşlı bir qız çəkdiyi selfi sayəsində ölümdən dönüb.

Trend-in məlumatına görə, Stefani Farna adlı qızın atası onu huşsuz vəziyyətdə tapıb. Sonradan məlum olub ki, qız beyin qanaması keçirib.

Qızı xilas etmək üçün həkimlər onun huşunu itirdiyi andan keçən müddəti öyrənməyə çalışıblar. Bu isə elə də asan olmayıb.

Lakin qızın qardaşı Farnan bacısının mobil telefonunda selfi şəkili tapıb. Məlum olub ki, Stefani bu şəkili atası ora gəlməzdən 15 dəqiqə əvvəl çəkib.

Həkimlər bu selfini böyük bir şans adlandırıblar. Nəticədə qızın həyati təhlükəsi aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti