Bakı, Trend:
Fransa Suriya böhranının siyasi həllinin və qaçqınların vətənlərinə təhlükəsiz şəkildə qayıtmasının tərəfdarıdır.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Fransa Prezidenti Emmanuel Makron BMT-nin Baş Assambleyasının iclasında çıxış edərkən bildirib.
Qeyd edək ki, Fransa lideri Parisin Suriyadakı sabitliyə sadiq olduğunu vurğulayıb. Bir gün əvvəl elan edilən Suriya konstitusiya komitəsinin yaradılmasını da alqışlayıb.