...

"Dorian" 1200-dən çox adamı "itirib"

Dünya xəbərləri Materials 11 Oktyabr 2019 09:27 (UTC +04:00)
Baham adaları hökuməti 1208 nəfərin itkin düşməsi barədə xəbər verib.
"Dorian" 1200-dən çox adamı "itirib"

Bakı. Trend:

Baham adaları hökuməti 1208 nəfərin itkin düşməsi barədə xəbər verib.

Trend-in məlumatına görə, həmin şəxslərin son 1 ayda regionda tüğyan edən "Dorian" qasırğası səbəbindən taleyi naməlum qalıb.

Daha öncə 600 nəfərin itkin düşməsi barədə məlumatlar verilirdi.

Qasırğa nəticəsində ölənlərin sayının isə 60 nəfər olduğu qeyd edilir. Təbii fəlakət adada 13 min tikilini dağıdıb, böyük sahələr su altında qalıb. Qasırğanın adalara vurduğu ziyan 573 milyon dollardan çox hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti