Bakı. Trend:
Bu gün Argentinada prezident və parlament seçkiləri keçiriləcək.
Trend-in məlumatına görə, dövlət başçısı ilə yanaşı ölkə vətəndaşları 130 deputatı və Konqresin 24 senatorunu seçəcəklər.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılacaq və 18: 00-a qədər fəaliyyət göstərəcək. Səsvermə 16 yaşdan yuxarı bütün Argentina vətəndaşları üçün məcburidir.
İlkin nəticələr axşam açıqlanacaq.