...

Çində kömür mədənində uçqun baş verib, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 27 Oktyabr 2019 10:27 (UTC +04:00)

Bakı. Trend:

Çinin Sıçuan əyalətində kömür mədənində uçqun baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, uçqun nəticəsində 4 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşmüş sayılır.

Bildirilir ki, itkin düşən şəxsin axtarışları davam etdirilir.

İnsidentin səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti