...

Sosial şəbəkələrin işində qüsurlar yaranıb

Dünya xəbərləri Materials 30 Oktyabr 2019 23:52 (UTC +04:00)
"Facebook", "WhatsApp" və "İnstagram" sosial şəbəkələrinin istifadəçiləri xidmətlərin işlərində qüsurlarla üzləşiblər
Sosial şəbəkələrin işində qüsurlar yaranıb

Bakı. Trend:

"Facebook", "WhatsApp" və "İnstagram" sosial şəbəkələrinin istifadəçiləri xidmətlərin işlərində qüsurlarla üzləşiblər.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Braziliya, Birləşmiş Krallıq, Almaniya, Hollandiya və İtaliyada müşahidə edilir.

Bildirilir ki, istifadəçilərin əsas şikayətləri sosial şəbəkələrin xəbər lentinə və eləcədə öz hesablarına daxil ola bilməmələri ilə əlaqədardır.

Hər üç sosial şəbəkə xidmətləri "Facebook"-ka məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti