...

Böyük Britaniyada ilin söz birləşməsi seçilib

Dünya xəbərləri Materials 7 Noyabr 2019 13:47 (UTC +04:00)
Böyük Britaniyanın Kollinz izahlı lüğəti 2019-cu ilin söz birləşməsini seçib
Böyük Britaniyada ilin söz birləşməsi seçilib

Bakı. Trend:

Böyük Britaniyanın Kollinz izahlı lüğəti 2019-cu ilin söz birləşməsini seçib.

Trend-in məlumatına görə, lüğətin versiyasına əsasən həmin ifadə “climate strike” (iqlim tətili) olub.

Lüğətdə qeyd olunur ki, "iqlim tətili" adı 2015-ci il Paris iqlim konfransının ildönümünə həsr olunmuş və bu ilin sentyabrında keçirilmiş tətillərə verilib.

Həmin tətillər bu il isveçli fəal Qreta Tunberqin fəaliyyəti ilə bağlı daha da yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti