Bakı. Trend:
İraqın şimalındakı hərbi bazanın yaxınlığında ən az 17 mərmi partlayıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə noyabrın 8-i Reuters agentliyi İraq Silahlı Qüvvələrinin açıqlamasına istinadən məlumat yayıb.
Qeyd edilib ki, xəsarət alan olmayıb və ciddi ziyan qeydə alınmayıb. Raketlər Amerika qoşunlarının yerləşdiyi İraqın Əl Qayar şəhərindəki bazasının yaxınlığına düşüb.
Əlavə məlumat verilməyib. Hücuma görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.