...

“Ramon” qasırğası Filippində 5,4 min adamı evindən didərgin saldı

Dünya xəbərləri Materials 19 Noyabr 2019 17:22 (UTC +04:00)
Filippinin şimalında qasırğa ilə əlaqədar 5,4 min nəfər təxliyə olunub.
“Ramon” qasırğası Filippində 5,4 min adamı evindən didərgin saldı

Bakı. Trend:

Filippinin şimalında qasırğa ilə əlaqədar 5,4 min nəfər təxliyə olunub.

Trend-in məlumatına görə, “Ramon” qasırğası Kaqayan əyalətində fəsadlara səbəb olub.

Bir sıra şəhərlərdə elektrik enerjisi kəsilib. Torpaq sürüşməsi səbəbi ilə yollar bağlanıb. Məktəb və universitetlərdə dərslər dayandırılıb.

Təbii fəlakət bölgəsinə xilasedicilər cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti