...

Yunanıstan Albaniyaya xilasedicilər göndərir

Dünya xəbərləri Materials 26 Noyabr 2019 13:33 (UTC +04:00)
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis albaniyalı həmkarı Edi Rama ilə telefon əlaqəsi saxlayıb.
Yunanıstan Albaniyaya xilasedicilər göndərir

Bakı. Trend:

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis albaniyalı həmkarı Edi Rama ilə telefon əlaqəsi saxlayıb.

Trend-in məlumatına görə, yunan rəsmi həmkarına zəlzələdən zərərçəkmiş ərazilərə xilasedicilər briqadası göndərməyi təklif edib.

Qeyd edək ki, Bolqarıstan da Albaniyaya zəlzələnin fəsadlarının aradan qaldırması üçün öz köməyini təklif edib.

Xatırladaq ki, bu gün Albaniyada 6,4 bal gücündə zəlzə olub. Son məlumata görə, zəlzələ nəticəsində 7 nəfər həlak olub, yüzlərlə yaralı var. Paytaxtda və digər şəhətrlərdə də dağıntılr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti