...

Norveçdə Rusiyaya məxsus gəmi yanıb

Dünya xəbərləri Materials 4 Dekabr 2019 09:58 (UTC +04:00)
Norveç sahillərində Rusiyaya məxsus gəmi yanıb
Norveçdə Rusiyaya məxsus gəmi yanıb

Bakı. Trend:

Norveç sahillərində Rusiyaya məxsus gəmi yanıb. Trend-in məlumatına görə, yanğınla bağlı Borford quberniyasının polisi "Twitter" səhifəsində paylaşım edib.

Məlumata görə, yanğın balıq ovu ilə məşğul olan gəminin mətbəx yerləşən hissəsində başlayıb. Lakin yanğının konkret hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Yanğın olan əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti