...

PKK terror təşkilatından çıxanların sayı artır

Dünya xəbərləri Materials 11 Dekabr 2019 14:20 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatları zamanı 2 terrorçu təslim olub.
PKK terror təşkilatından çıxanların sayı artır

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatları zamanı 2 terrorçu təslim olub.

Trend-in məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir ki, son olaraq Suriyanın şimalındakı düşərgələrdən silah-sursatla qaçan 2 PKK/YPG terrorçusu Suruçdakı sərhəd məntəqəsində təslim olub.

PKK terrorçuları Türkiyə Silahlı Qüvvələrinin qətiyyətli əməliyyatları nəticəsində təslim olmağa davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti