...

2020-ci ildə "AvtoVAZ" bütün Lada modellərinin qiymətlərini qaldıracaq

Dünya xəbərləri Materials 25 Dekabr 2019 08:27 (UTC +04:00)
"AvtoVAZ" istehsalçısı bütün model cərgəsinin qiymətlərini orta hesabla 2,3 fayız qaldıracaq
2020-ci ildə "AvtoVAZ" bütün Lada modellərinin qiymətlərini qaldıracaq

Bakı. Trend:

"AvtoVAZ" istehsalçısı bütün model cərgəsinin qiymətlərini orta hesabla 2,3 fayız qaldıracaq.

Ən çox qiymət artımı - 3,8 fayız - "Vesta" sedanına şamil olunacaq. Satış üzrə lider "Qranta" ailəsinə məxsus sedanların qiyməti 2,5 fayiz artırılacaq. "Lada" 4x4 avtomobilllərin qiymətləri 2,9 fayız, cərgənin ən bahalı modeli "Lada Vesta Sport"un qiyməti isə 1,5 fayız qaldırılacaq. Ən az artım isə xetçbek "Lada Xray"də - 0,8 fayız olacaq.

Digər avtomobil istehsalçıları qiymət artımını elan etdiylərinə görə, "AvtoVAZ"ın qiymət artımı Rusiya bazarındakı payına təsir etməyəcək.

"AvtoVAZ", 2018-ci ildə montaj konveyerindən 560 mindən çox avtomobil buraxaraq Rusiyanın ən nəhəng minik avtomobili istehsalçısı olaraq qalmaqdadır.

Xatırladaq ki, "AvtoVaz" qrupu "Renault-Nissan-Mitsubishi" alyansına daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti