...

Helikopter qəzaya uğrayıb, 6 nəfərin cəsədi tapılıb

Dünya xəbərləri Materials 28 Dekabr 2019 08:11 (UTC +04:00)
Xilasedicilər dekabrın 26-da radarlardan itən helikopter qəzasında ölən altı nəfərin cəsədini tapıb
Helikopter qəzaya uğrayıb, 6 nəfərin cəsədi tapılıb

Bakı. Trend:

Xilasedicilər dekabrın 26-da radarlardan itən helikopter qəzasında ölən altı nəfərin cəsədini tapıb.

Trend-in məlumatına görə, bu barədə Havay ştatının Kauai adası yanğınsöndürmə xidmətinin rəhbəri Solomon Kanoho bildirib.

Daha əvvəl helikopterin Havayda yoxa çıxdığı və göyərtəsində yeddi nəfərin ikisinin uşaq olduğu bildirilmişdi. Helikopter təyin olunmuş vaxtda Kauai adasında Na Pali sahili üzərində ekskursiyadan qayıtmamışdı.

S.Kanoho deyib: "Təyyarədə yeddi nəfərin olduğunu və altı cəsədin olduğunu təsdiqləyə bilərik. Sağ qalanların ola biləcəyinə dair heç bir sübut yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti