...

Türkiyə parlamenti yanvarın 2-də Liviyaya dair qanun layihəsini müzakirə edə bilər

Dünya xəbərləri Materials 28 Dekabr 2019 23:38 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə parlamenti hökumətin Liviyaya qoşun göndərməsinə dair qanun layihəsini planlaşdırılan vaxtdan əvvəl müzakirə edə bilər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasındakı mənbələrin sözlərinə əsasən, ölkə prezidentinin imzaladığı müvafiq qanun layihəsi dekabrın 30-da parlamentə təqdim ediləcək və müzakirələr yanvar ayının 2-si keçiriləcək.

Parlament iclaslarının yekun gündəliyi dekabrın 30-u razılaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti