...

Seyşel adalarında akula turisti yaraladı

Dünya xəbərləri Materials 30 Dekabr 2019 17:17 (UTC +04:00)
Seyşel adalarında akula turist qadına hücum edib
Seyşel adalarında akula turisti yaraladı

Bakı. Trend:

Seyşel adalarında akula turist qadına hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində fransalı turist qolundan ciddi xəsarət alıb.

Qadın xəstəxanaya yerləşdirilib və qolundan əməliyyat olunub, onun həyatına təhlükə olmadığı deyilir.

Hücumun baş verdiyi ərazi əhatəyə alınıb. Həmin bölgədə çimmək müvəqqəti qadağan edilib.

Qeyd edək ki, sonuncu dəfə 2011-ci ilin avqustunda Seyşel adalarında iki nəfər akula hücumunun qurbanı olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti