Bakı. Trend:
Almaniya Kansleri Angela Merkel yanvarın 24-ü Türkiyəyə səfər edəcək.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Kansler Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Bildirilir ki, görüş zamanı tərəflər miqrasiya böhranını, Suriya və Liviyadakı son hadisələri müzakirə edəcəklər.