...

Çində Korona virusunun yeni növündən ilk ölüm faktı qeydə alınıb

Dünya xəbərləri Materials 11 Yanvar 2020 09:05 (UTC +04:00)
Çinin Uxan şəhərində Korona virusunun yeni növündən ilk ölüm faktı qeydə alınıb
Çində Korona virusunun yeni növündən ilk ölüm faktı qeydə alınıb

Bakı. Trend:

Çinin Uxan şəhərində Korona virusunun yeni növündən ilk ölüm faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə səhiyyə məsələləri üzrə şəhər Komitəsindən bildiriblər.

Şəhərdə daha 40 nəfərin xəstə olduğu, 100-dən artıq insanın isə nəzarət altında saxlanıldığı qeyd edilir: "Korona virusunun yeni növünə 41 yoluxma faktı qeydə alınıb. Onlardan iki nəfər artıq evə buraxılıb, 7-si ağır vəziyyətdədir, 1 nəfər ölüb, digər xəstələrin vəziyyəti stabildir".

Qeyd edək ki, dekabrın sonunda yerli hakimiyyət naməlum virusun yayıldığı barədə məlumat verib. Yanvarın 5-i bu xəstəliyə 59 nəfərin yoluxduğu bildirilirdi. Yanvarın 9-u çinli ekspertlər müəyyən edib ki, yayılan Korona virusunun yeni növüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti