...

Afrikanın ən varlı qadını pul qaçaqmalçılığında şübhəli bilinir

Dünya xəbərləri Materials 24 Yanvar 2020 23:28 (UTC +04:00)
Anqolanın hökümətinin fikrincə, Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santuşun qızı İzabel duş Santuşun Portuqaliyada istifadə etdiyi vəsait, Afrika ölkəsindən qanunsuz olaraq çıxarılıb
Afrikanın ən varlı qadını pul qaçaqmalçılığında şübhəli bilinir

Bakı. Trend:

Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santuşun qızı İzabel duş Santuşun Portuqaliyada istifadə etdiyi vəsaitlərin Afrika ölkəsindən qanunsuz olaraq çıxarıldığı deyilir.

Trend-in məlumatına görə, bu barədə Anqolanın baş prokuroru Xelder Pitta Qros deyib.

Baş prokuror İzabel duş Santuşun Anqolanın ən böyük dövlət neft şirkəti "Sonangola"ya rəhbərlik etdiyi müddətdə apardığı əməliyyatlarla bağlı hazırda ölkədə davam edən istintaq ilə əlaqədar Portuqaliya səlahiyyətlilərindən kömək istədiyini təsdiqləyib.

Xelder Pitta 23 yanvarda Lissabona gəlib və hava limanında Portuqaliyanın baş prokuroru da daxil olmaqla bir sıra şəxslərlə görüşmək istədiyini bildirib.

Qeyd edilir ki, Anqolanın keçmiş prezidentinin böyük qızı çirkli pulların yuyulması, nüfuzdan ticarətdə istifadə, zərərli idarəetmə, sənədlərin saxtalaşdırılması və digər iqtisadi cinayətlərdə ittiham olunur. İzabel duş Santuşun Forbes jurnalına görə şəxsi sərvəti 2,2 milyard dollara çatır, telekommunikasiya və enerji şirkətlərində böyük paylara sahibdir, eyni zamanda Portuqaliyada daşınmaz əmlakların və bir sıra şirkətlərin əsas investordur. Belə ki, İzabel duş Santuş Portuqaliya "EuroBic" bankının askiyalarının 42 faizinə sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti