...

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 21-ə çatdı (YENİLƏNİB 5) (FOTO)

Dünya xəbərləri Materials 25 Yanvar 2020 09:35 (UTC +04:00)
Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 21-ə çatdı (YENİLƏNİB 5) (FOTO)

Bakı. Trend:

Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata görə, baş verən ardıcıl zəlzələlərdə 21 nəfər həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.

Ölənlər arasında azərbaycanlı yoxdur.

XXX

06:45

Türkiyənin şərqindəki Elaziğdə yerli vaxtla saat 03:48 və 03:57-də 4,3 və 4,1 gücündə daha iki yeraltı təkanlar qeydə alınıb.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata görə, baş verən ardıcıl zəlzələlərdə 19 nəfər həlak olub, 782 nəfər yaralanıb.

XXX

02:56

Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir.Təbii fəlakət bölgəsinə çox sayda ağır texnika cəlb olunub.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata görə, 18 nəfərin öldüyü təsdiqlənib. Elaziğdə 405, Malatyada 148 yaralı olduğu bildirilir.

XXX

01:34

Türkiyənin şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayının 14-ə çatdığı bildirilir.

Trend türk KİV-lərinə istinadən məlumat verir ki, Elazığın Sivrice vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı Elazığda 8, Malatyada 6 nəfərə yüksəlib. Dağıntılar altından 6 nəfər xilas edilib.

XXX

23:37

Türkiyədə saat 21.08-də 5.4 bal gücündə ikinci, 21.17-də 5.1 bal gücündə üçüncü zəlzələ baş verib. Altı nəfərin öldüyü, 225 nəfərin yaralandığı bildirilir.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib. Nazirin sözlərinə görə, dağılan və zərər dəymiş tikintilər var.

XXX

22:23

Elazığda 6.5 bal gücündə zəlzələ baş verib.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata görə, Elazığın Sivricə əyalətində baş verən zəlzələ bir çox vilayətdə hiss edilib. Zəlzələnin 6.8 bal gücündə olduğu bildirilir.

Yeraltı təkan yerli vaxtla saat 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 6.75 kilometr dərinliyindədir.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti