...

Digərlərini qəsdən koronavirusa yoluxduranlar həbs olunacaq

Dünya xəbərləri Materials 30 Yanvar 2020 13:06 (UTC +04:00)

Bakı. Trend:

Çinin Hubey əyalətində koronavirusun yayılması ilə əlaqədar karantindən imtina edənləri, ictimai yerlərdə tüpürənləri, eləcə də digərlərini qəsdən virusa yoluxduranları cinayət məsuliyyətinə cəlb etmək təklif olunub.

Trend-in məlumatına görə, təklifə əsasən həkimlərə ziyan vurmaq, onları təhqir etmək və ya qorxutmaq kimi addımlar da cəzalandırılacaq.

Bundan başqa, Çində dəfn mərasimlərində kağız əsginasların yandırılması da qadağan ediləcək.

Qeyd edək ki, son məlumatlara əsasən Çində koronavirusa yoluxanların sayı 7700-ü keçib, ölü sayı isə 170 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti