...

Myanma Çin təyyarəsini sərnişinlərlə birgə geri göndərdi

Dünya xəbərləri Materials 31 Yanvar 2020 17:49 (UTC +04:00)
Myanma bu ölkəyə Çindən gələn təyyarəni geri qaytarıb.
Myanma Çin təyyarəsini sərnişinlərlə birgə geri göndərdi

Bakı. Trend:

Myanma Çindən gələn təyyarəni geri qaytarıb.

Trend-in məlumatına görə, Quançjou şəhərindən Yanqon şəhərinə gələn təyyarədə soyuqdəymə simptomları olan şəxs aşkar edilib.

O, koronavirus müayinəsindən keçmək üçün xəstəxanaya göndərilib.

Bundan sonra hava limanı rəhbərliyi digər sərnişinlərə təyyarədən çıxmağı qadağan edib. Bir neçə Myanma vətəndaşı könüllü karantinə durmaq şərti ilə təyyarəni tərk etdikdən sonra, reys geri qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti