...

Rusiya Çin ilə dəmir yolu əlaqəsini dayandırır

Dünya xəbərləri Materials 2 Fevral 2020 23:09 (UTC +04:00)
Rusiya Çinlə dəmir yolu əlaqəsini dayandırır
Rusiya Çin ilə dəmir yolu əlaqəsini dayandırır

Bakı. Trend:

Rusiya Çinlə dəmir yolu əlaqəsini dayandırır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, dəmir yolu əlaqəsinin dayandırılmasının məqsədi yeni növ koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaqdır.

Bildirilir ki, Moskva vaxtı ilə fevralın 3-ü saat 00:00-da Rusiya və Çin arasında sərnişin qatarlarının hərəkəti tamamilə dayandırılacaq.

Qeyd edək ki, Çində 13,8 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 304 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti