...

Böyük Britaniyada koronavirusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 24 Fevral 2020 04:35 (UTC +04:00)
Böyük Britaniyada yeni növ koronavirusa yoluxanların sayı artıb
Böyük Britaniyada koronavirusa yoluxanların sayı artıb

Bakı. Trend:

Böyük Britaniyada yeni növ koronavirusa yoluxanların sayı artıb.

Trend-in məlumatına görə, Yaponiyada "Diamond Princess" kruiz gəmisindən təxliyə edilən 32 nəfərdən 4-də yeni növ koronavirus aşkar edilib.

Ümumilikdə ölkədə yeni növ koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün Böyük Britaniya Yaponiyanın İokoqama limanında olan "Diamond Princess" kruiz gəmisindən 32 öz və Avropa ölkələrinin vətəndaşını təxliyə edib.

Qeyd edək ki, Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 77042 nəfərə çatıb, onlardan 2445 nəfəri ölüb, 22,8 mindən artıq insan isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti