...

Yunanıstan koronavirus səbəbi ilə İtaliyaya təhsil səfərlərini ləğv edib

Dünya xəbərləri Materials 24 Fevral 2020 09:01 (UTC +04:00)
Yunanıstanın Təhsil Nazirliyi koronavirus səbəbi ilə İtaliyaya bütün təhsil səfərlərini ləğv edib
Yunanıstan koronavirus səbəbi ilə İtaliyaya təhsil səfərlərini ləğv edib

Bakı. Trend:

Yunanıstanın Təhsil Nazirliyi koronavirus səbəbi ilə İtaliyaya bütün təhsil səfərlərini ləğv edib.

Trend-in məlumatına görə, bu barədə Yunanıstan hökumətinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Nazir Niki Keramosun yeni sərəncamına qədər İtaliyaya planlaşdırılan bütün təhsil səfərləri ləğv edilir. Qonşu ölkədə təsdiqlənmiş koronavirus hallarıdan sonra və İctimai Səhiyyə Milli Təşkilatının tövsiyələrinə uyğun olaraq şagirdlərimizi, tələbələrimizi, müəllimlərimizi yoluxucu xəstəliklərdən qorumaq üçün qabaqlayıcı tədbirlər görürük".

Qeyd edilir ki, bütün təhsil müəssisələrinə müvafiq məktublar göndəriləcək.

Xatırladaq ki, İtaliyada yeni növ koronavirusdan 3 nəfər dünyasını dəyişib, 150 nəfərdən artıq insan xəstəliyə yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti