...

Çində yeni növ koronavirusdan ölənlərin sayı 2744 nəfərə çatıb

Dünya xəbərləri Materials 27 Fevral 2020 05:38 (UTC +04:00)
Çində yeni növ koronavirusa yoluxanların sayı 78,4 mini ötüb
Çində yeni növ koronavirusdan ölənlərin sayı 2744 nəfərə çatıb

Bakı. Trend:

Çində yeni növ koronavirusa yoluxanların sayı 78,4 mini ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yoluxanlardan 2744 nəfər ölüb, 32,4 mindən artıq insan isə virusdan sağalıb. Daha əvvəl 2715 nəfərin öldüyü, 29,7 min nəfərin isə sağaldığı bildirilirdi.

Bildirilir ki, yoluxma halları ən çox Hubey əyalətində qeydə alınır (65,5 minə yaxın yoluxma halı, onlardan 2,6 min ölüb, 23,2 mini sağalıb). Hubeydən sonra yoluxma halları daha çox Quandun (1,3 min), Henan (1,2 mindən artıq) və Çjetsyan (1,2 mindən artıq) əyalətlərində qeydə alınıb.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların 8,3 mininin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti