Bakı. Trend:
Ermənistanda yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində yazıb.
N.Paşinyan bildirib: "Təxminən iki saat əvvəl biz, təəssüf ki, ilk xəstələnən barədə xəbər aldıq. Xəstələnən şəxsin 28 yaşı var, o, fevralın 28-i xanımı ilə İrandan gəlib".
Baş nazir qeyd edib ki, virusa yoluxan şəxs xəstəxanaya gələrək analiz verib və analizin nəticəsi müsbət olub. Onun sözlərinə görə, xəstənin vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, Çində yeni növ koronavirusa 79,8 min nəfər yoluxub, onlardan 2870 nəfəri ölüb, 41,8 mindən çoxu isə sağalıb.