Bakı. Trend:
Suriya ordusunun İdlibdə artilleriya atəşi nəticəsində bir Türkiyə hərbçisi həlak olub, biri isə yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, Türkiyə Silahlı Qüvvələri dərhal düşmən mövqeləri müəyyən edərək cavab atəşi ilə məhv edib.