Bakı. Trend:
Çili polisi Santyaqo hava limanında baş verən qarəti araşdırır, cinayətkarlar 15 milyon dollardan çox pul oğurlayıblar.
Trend-in məlumatına görə, 7-10 nəfər hava limanının anbar sahəsinə girib qiymətli əşyalar daşıyan bir şirkətin yük maşınından pul oğurlayıblar.
14 milyon dollar və bir milyon avro oğurlanıb. Bu, təxminən 13 milyard Çili pesosudur.
Cinayətkarlar bir növ rekord vurublar. 2014-cü ildə baş verən hadisədə cinayətkarlar 6 milyard Çili pesosunu oğurlaya biliblər.