...

Almaniyada kütləvi toplaşmaq qadağan olundu

Dünya xəbərləri Materials 11 Mart 2020 16:30 (UTC +04:00)
Almaniyanın paytaxtı Berlində 1000 nəfərdən çox şəxsin iştirakı ilə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib
Almaniyada kütləvi toplaşmaq qadağan olundu

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində 1000 nəfərdən çox şəxsin iştirakı ilə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Trend-in məlumatına görə, bunu Berlinin səhiyyə məsələləri üzrə senatoru Dilek Kalaycı deyib.

O bildirib ki, bu qərar virusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Qeyd olunur ki, kütləvi toplaşma qadağası gələn ayın əvvəlinədək qüvvədə olacaq.

Bu günədək Almaniyada 1 622 yoluxma faktı təsdiqlənib, 3 nəfər isə virusun qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti