...

"Yuventus"un futbolçusunda koronavirus aşkarlandı

Dünya xəbərləri Materials 12 Mart 2020 11:06 (UTC +04:00)
İtaliyanın "Yuventus" futbol klubunun müdafiəçisi Daniele Ruqanidə koronavirus aşkar edilib
"Yuventus"un futbolçusunda koronavirus aşkarlandı

Bakı. Trend:

İtaliyanın "Yuventus" futbol klubunun müdafiəçisi Daniele Ruqanidə koronavirus aşkar edilib.

Trend-in məlumatına görə, oyunçunun virus testi müsbət nəticə verib.

Bununla əlaqədar, klub bütün heyəti karantinə alıb.

Bundan başqa, "İnter" futbol klubu da məşqləri dayandırdığını elan edib.

Qeyd edək ki, "İnter"in bu günə nəzərdə tutulan "Xetafe" ilə Avropa Liqası matçı ləğv edilib.

Çempionlar Liqasında gələn həftəyə nəzərdə tutulan "Yuventus" - "Lion" matçı ilə əlaqədar qərar yaxın günlərdə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti