Bakı. Trend:
Yeni Zelandiya hökuməti ölkədə daxil olan hər kəsdən 14 gün müddətinə karantin rejiminə əməl olunmasını tələb edəcək.
Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Casinda Ardern deyib.
Müvafiq qərar martın 15-də gecə yarısında qüvvəyə minəcək. Bundan başqa, kruiz gəmilərinin Yeni Zelandiya limanlarına daxil olması qadağan olunacaq.
16 gündən sonra məhdudiyyətlər təkrar nəzərdən keçiriləcək.
Qeyd edək ki, bu günədək Yeni Zelandiyada koronavirusa 6 yoluxma faktı təsdiq edilib.