...

Almaniyanın bu bölgəsində fövqəladə vəziyyət elan edildi

Dünya xəbərləri Materials 16 Mart 2020 14:20 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın cənubundakı Bavariya federal torpağında fövqəladə vəziyyət elan edilib.

Trend-in məlumatına görə, bunu federal torpağın baş naziri Markus Zeder deyib.

O bildirib ki, fövqəladə vəziyyət bölgədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə elan edilib və dərhal qüvvəyə minir.

Qeyd edək ki, bu günədək Almaniyada koronavirusa yoluxanların sayı 6 215 nəfərə çatıb. 13 nəfər virusun qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti