...

İranda daha 129 nәfәr koronavirusdan öldü

Dünya xəbərləri Materials 22 Mart 2020 15:21 (UTC +04:00)
İranda yeni koronavirus (COVID19) nəticəsində ötәn sutka әrzindә 129 nəfər ölüb
İranda daha 129 nәfәr koronavirusdan öldü

Bakı. Elnur Bağışov - Trend:

İranda yeni koronavirus (COVID19) nəticəsində ötәn sutka әrzindә 129 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Bu barәdә Trend nazirliyә istinadәn mәlumat verib.

K.Cahanpurun sözlərinə görə, ümumilikdә İranda bu virusdan 1 685 nəfər dünyasını dəyişib.

Cahanpur әlavә edib ki, ötәn sutkada 1 028 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb.

Cahanpur deyib ki, ümumilikdə 21 638 nəfər bu virusa yoluxub. Nazirlik rәsmisi 7 913 nәfәrin sağaldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti