...

İtaliyada sutka ərzində koronavirusdan 651 nəfər ölüb

Dünya xəbərləri Materials 22 Mart 2020 21:20 (UTC +04:00)
İtaliyada sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 651 nəfər ölüb
İtaliyada sutka ərzində koronavirusdan 651 nəfər ölüb

Trend-i buradan izləyin

Bakı. Trend:

İtaliyada sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 651 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib.

A.Borrelli bildirib: "Bu gün biz 651 xəstənin ölümünü qeydə almışıq. Bu gün sağalanların sayı 952 nəfər, ümümulikdə isə 7024 nəfər təşkil edir".

Onun sözlərinə görə, ölkə ərazisində hazırda koronavirus xəstələrinin sayı 59138 nəfərdir.

Qeyd edək ki, İtaliyada yeni növ koronavirusdan ümumilikdə 5476 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti